Logo

Gömrük Akademiyasının tələbələri Şirvanşahlar Sarayında  olublar

15.12.2021 16:27 1229 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%"-Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə “Tariximizi tanıyaq” layihəsi həyata keçirilmişdir. 

Tələbələrin dünyagörüşünün formalaşdırılması, vətənpərvərlik hisslərinin gücləndirilməsi və ölkəmizin tarixi-mədəni irsinin yaxından tanıdılması məqsədini daşıyan layihə çərçivəsində Akademiyanın tələbələrinin Azərbaycan memarlığının incilərindən olan Şirvanşahlar Sarayı kompleksinə ekskursiyası təşkil olunmuşdur. E

kskursiya zamanı tələbələr Şirvanşahlar sarayının tarixi, o dövrün həyat tərzi ilə yaxından tanış olmuş, qədim dövrlərə məxsus maddi-mədəni irs nümunələrinə baxış keçirərək maraqlı məlumatlar əldə etmişdirlər.

Xəbər lenti